Cəmiyyət

"Səngərlərimiz İkinci Dünya müharibəsinin səngərlərini xatırladır"

29 Aprel 2016 15:24
0 Şərh     Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arabo" taborunun komandiri Manvel Yeğizaryan könüllülərlə birlikdə hələ də Qarabağdadır.

Milli.Az worldmedia.az-a istinadən bildirir ki, "Azatutyun"a müsahibə verən Yeğizaryan sərhəddəki mövqelərin dərhal qaydaya salınmalı olduğunu bildirib. O, hazırda erməni səngərlərinin Böyük Vətən müharibəsi vaxtının səngərlərini xatırlatdığını söyləyib.

"Səngərlər Böyük Vətən müharibəsi dövründəki səngərlərdən fərqlənmir. Heç bir şeylə fərqlənmir. Hətta onlar İkinci Dünya müharibəsində olduğundan daha pisdir. İnsanlar elə düşünməsinlər ki, mən dövlət sirrini açıram. Azərbaycanlılar bizim bir sıra mövqelərimizi gördülər. İndi onların bizim mövqelərimizdən, səngərlərimizin vəziyyətindən xəbərləri var", - deyə Manvel Yeğizaryan bildirib.

Yeğizaryan 1989-1994-cü illərdə Əsgəran, Ağdərə, Şuşa, Laçın döyüşlərində iştirak edib. Onun sözlərinə görə, ötən illər ərzində səngərlədə dəmir-beton müdafiə örtükləri qurulmayıb. "Səbəbini belə izah edirlər ki, bombardman zamanı beton örtük səngərdə xidmət edən əsgərlərin başına düşə bilər", - deyə o, qeyd edib: "Amma bombardman zamanı səngərdəki uşaqlar yenə həlak olurlar. Çünki onların müdafiə olunmaları üçün lazımi səviyyəli blindajları yoxdur. Bu problemlər niyə həll olunmayıb? Yəqin ya pul yoxdur, ya da pulları yedikləri üçün heç bir iş görə bilmirlər. Görünən isə odur ki, pul var".

"Serj Sarqsyanın son günlər imzaladığı sərəncamlarla bir sıra yüksək rütbəli hərbçini vəzifədən kənarlaşdırmasına gəlincə, vəzifədən azad olunmuş şəxsləri günahlandıra bilmərəm. Onlar ölkəni özbaşlarına talan edə bilməzdilər", - deyə Manvel Yeğizaryan bildirib.

O, fikrini belə davam etdirib: "Nə bilirsiniz ki, 3-5 gündən sonra Azərbaycan dəhşətli hücuma başlayacaq, ya yox? Azərbaycan Cəbrayılda bizim postlardan bir neçəsini ələ keçirib. Bu gün həmin postlarda maşınlar görünür. Dəmir-beton işləri aparan maşınlarla o postlarda gücləndirmə işləri aparılır. Oranı betonla doldururlar, qaldırıcı kran da var. Biz nə edirik? Mən bilmirəm!"

M.Yeğizaryan tərəflər arasında təmas xəttinin təxminən 200 kilometr olduğunu bildirib. O, hesab edir ki, təmas xətti vaxtında yeni hərbi texnika ilə təchiz edilsəydi, Azərbaycan tərəfi oraya girə bilməzdi. "Lakin bu illər ərzində orada heç bir iş görülməyib", - deyə Yeğizaryan qeyd edib: "Ətraf yolların pis vəziyyətdə olması üzündən yaralı əsgərlərin daşınması demək olar ki, mümkünsüz olub".

Yeğizaryan rabitə probleminə də toxunub. Onun sözlərinə görə, bu sahədəki çatışmazlıq ona Madagis, Talış və Ağdərədəki döyüş yoldaşları ilə əlaqə saxlamaq imkanı verməyib.

Azadlıq döyüşçüləri ittifaqının üzvü Razmik Petrosyan da müsahibəsində ordudakı nöqsanlardan danışıb. O hesab edir ki, hökumət Yerevanın mərkəzini müxtəlif qurğularla təchiz etməkdənsə, sərhədi yeni texnika ilə təmin etməyə üstünlük verməli, əsgərlərin müdafiəsi haqda düşünməli idi: "Bu gün sərhədin çox hissəsində müdafiə vasitəsi kimi sadəcə konserv qutuları asılıb. Heç olmasa indi müdafiəni yaxşı təşkil edək. Bizdə də Azərbaycandakı kimi texnika olmalı idi ki, əsgərlər onu gördükdə tükləri biz-biz olmasın. Əsgərin sərhədi qoruya bilməsi üçün lazımi şərait yaradılmalıdır. Bu, təkcə hərbi rəhbərliyin deyil, eləcə də, dövlətin problemidir. Bu gün 2-3 hərbi vəzifəlini vəzifədən çıxarmaqla problem həll olunmur. Korrupsiya bütün ölkəni, eləcə də ordunu bürüyüb. Təchizatın yoxluğu korrupsiyanın nəticəsidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.