Cəmiyyət

Əhli-Beytin (ə) sevgisini istəyiriksə...

28 Aprel 2016 23:40
120 Şərh     Baxış: 2 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Zaman ağa (ə.f) buyurur: "Sizlərdən hər biri gərək elə bir iş görsün ki, onu bizim dostluğumuz və məhəbbətimizə yaxınlaşdırsın. O şey ki, bizim xoşumuza gəlmir və qəzəbimizə bais olur - ondan çəkinsin".

Hədisin şərhi.
Bu sözlər İmam Zaman ağanın (ə) Şeyx Mufidə yazdığı məktubun bir parçasıdır. Aydındır ki, Əhli-Beytin (ə) sevgisi və kərahəti fərdi və şəxsi məsələ deyildir. Əsil meyarı - Allahdır. Çünki o zaman ki, Əhli-Beyt (ə) görür ki, davamçıları Allah bəyənən işləri yerinə yetirirlər və Allahı qəzəbləndirən işlərdən çəkinirlər - sevinirlər və onlarla fəxr edirlər.
İmamın (ə.f) məktubu bu məzmunda idi: "Bismilləhir-Rahmənir-Rahim! Salam olsun sənə, ey dost və müxlis dindar ki, bizim məqamımıza möhkəm yəqinliyin vardır. Tək məbud olan Allaha sənin varlığına görə şükür edirik. Ondan ağamız və mövlamız Muhəmməd (s) və Ali-Mühəmmdə salavat göndərməsini istəyirik. Allah haqqa yardım etmək tofiqatını davam etdirsin. Əgər İmam Zaman (ə.f) ağanın məhəbbətini cəlb etmək və qəzəbindən uzaq olmağın ardıncayıqsa, gərək elə iş görməyək ki, ondan uzaqlaşar və inayətindən məhrum olarıq. Başqa bir tərəfdən səyimiz ona görə olsun ki, elə əməl və rəftarlar yerinə yetirək ki, bizi daha çox ona yaxınlaşdırsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.