Cəmiyyət

Yolu keçəndə vuruldu - FOTO

16 Aprel 2016 22:41
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnmiş yol-qəza hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Zərifə Əliyeva küçəsinin 1-ci mikrorayon yaşayış massivindən keçən hissəsində baş verib.
"VAZ 21011" markalı, 42 BC 861 dövlət nömrə nişanlı taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü yaralını dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lənkəramn şəhəri Şəhidlər Xiyabanı küçəsinin 41 yaşlı sakini Emin Nəcəfov müayinə olunaraq kəllə beyin travması, baş və üz nahiyələrinin əzilməsi diaqnozu ilə travmatologiya şöbəsinə qəbul olunub.
Onun yaraları tikilib. Adı hələlik məlum olmayan sürücünün izahatı alınmaqdan ötrü polis bölməsinə aparılıb. Sürücü piyadanın yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin ötməsini gözləmədən yola çıxdığını deyib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.