Cəmiyyət

Əsgərə Məktub!

5 Aprel 2016 00:21
10 Şərh     Baxış: 8 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlığımızı, var gücümüzlə dəstəyə və döyüşə hazır olduğumuzu bildirmək, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün "ASAN Könüllüləri" "Əsgərə Məktub!" layihəsinə start verib.

Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı mənəvi dəstəyini əsgərlərimizə göstərə bilər. Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımız ünvanladığı məktublarla çatdıracaqlar. Xalqımızın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaqdır.

ASAN Könüllüləri Təşilatı olaraq inanırıq ki, Könüllülərimizin bu təşəbbüsü hər bir vətəndaş tərəfindən dəstək görəcək və Ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir tövhə olacaq.

Qeyd edək ki, Silahlı Qüvvələrimizin son günlər baş verən hadisələrin timsalında göstərdiyi cəsarətli və inamlı duruş hər birimizin qürur mənbəyi olmuşdur. Aprelin 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu mövqelərimizi və yaşayış məntəqələrimizi iriçaplı silahlardan intensiv atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə amansız cavab verib və ordumuzun gücü qarşısında aciz qalan düşmən geri çəkilməyə məcbur olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.