Cəmiyyət

Aldığı mobil nömrə başına bəla oldu - VİDEO

25 Mart 2016 21:27
9 Şərh     Baxış: 9 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir nəfərin başına işlətdiyi mobil nömrə ilə bağlı qeyri-adi hadisə gəlib. Öz əli ilə aldığı nömrənin illər sonra ona aid olmadığını öyrənib. Daha doğrusu heç kəsin adında qeydiyyatda olmadığını. Məsələnin baş vermə səbəbini araşdirmışıq. Çox maraqlı fakt ortaya çıxıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, nömrə sahibsizdir. İllərdir işlədilən nömrə şəxsin adına qeydiyyata salınmayıb.

Həmin nömrənin məxsus olduğu mobil operatorla əlaqə saxladıqda məlum oldu ki, bu hal rəsmi dilerdən nömrə almayan hər bir şəxsin başına gələ bilər.

Nömrə satmaq səlahiyyəti olan dilerin üzərində mobil operatorun adı yazılmalıdır. Təyinatı fərqli olan obyektdə nömrə satışı isə qadağandır. Amma ölkədə qeyri-qanuni yolla nömrə satanlar var.

Bəzən üzərində hər üç operatora məxsus nömrələrin satışı yazılsa da satıcının cavabı insanı təəccübləndirir.

Əslində isə rəsmi nömrə satışı zamanı abunəçiyə "Telekommunikasiya xidmətləri" adlı  müqavilə təqdim olunmalıdır. Bu sənədin bir nüsxəsi operatorda digəri isə abunəçidə qalır. Müqavilə özündə tərəflərin hüquq və vəsifələrini, hesablaşma prosedurlarını, fors-major vəziyyətləri və əlavə şərtləri ehtiva edir. Nömrənin şəxsin adına qeydiyyata alındığı rəsmi şəkildə öz əksini tapır.

Operatorlar bu kimi hallarla rastlaşmamaq üçün vətəndaşlara nömrəni ancaq rəsmi dillerlərdən almağı məsləhət görürlər. Nömrəsinin heç kimin adında qeydiyyatda olmadığını öyrənən şəxs isə şəxsiyyət vəsiqəsinin sürəti ilə operatora müraciət etməlidir. Maksimum 30 gün ərzində nömrənin kim tərəfindən istifadə olunduğu araşdırıldıqdan sonra qeydiyyata alınma prosesi həyata keçirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aldığı mobil nömrə başına bəla oldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.