Cəmiyyət

Bakı yollarında təhlükə şütüyür - VİDEO

24 Mart 2016 22:24
1 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaxtaşırı olaraq istər paytaxtda, istərsə də bölgələrdə yük maşınları tərəfindən kuzov hissədəki yükün  üstü örtülmədən daşındığını görmək mümkündür. Bu, təbii ki, xeyli təhlükəlidir. Amma bu formada yük daşıyanlara qarşı sərt tədbirlər görüləcək.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, yük maşını kuzovundakı daş  üstü örtülmədən  daşınır. İstənilən an daşın düşməsi qəza şəraiti yarada bilər.

Telefonla çəkilən görüntülər yükdaşıma qaydalarına əməl edilib - edilməməsi məsələsini  aktuallaşdırır.

İstər yol hərəkəti haqqında qanun, istərsə də İnzibati Xətalar Məcəlləsində bu məsələ birmənalı şərh edilir.

Bu formada yükün daşınması əsl təhlükədir. Çünki adi diqqətsizlik zamanı həm yol təsərrüfatına, həm də digər avtomobillərə ziyan dəyə bilər. Apardığımız sorğu onu göstərdi ki, sürücülər daşıdıqları yükün üstünü bağlamağa meylli deyillər. Onlar bunu elə də təhlükəli hesab etmirlər.

Belə məsuliyyətsiz sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək. Bu qaydanı pozanlara qarşı cərimələr nəzərdə tutulub.

Baş  Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, aşkar edilən belə  sürücülər  əvvəlcə  cərimə  olunur,  daha sonra  isə  yükün üstü  bağlandıqdan sonra  onların hərəkətinə icazə verilir.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı yollarında təhlükə şütüyür

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.