Cəmiyyət

Bakıda “Mercedes”, Göyçayda isə 2 otaqlı ev yandı

16 Mart 2016 07:21
0 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda və Göyçayda yanğın hadisələri qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış "Mercedes" markalı minik avtomobilinin mühərriki, qabaq lövhəsi və buferi yanıb. Avtomobilin qalan hissəsi və sex yanğından mühafizə olunmuşdur.  
 
Göyçay rayonunda vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 124 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.