Cəmiyyət

Azərbaycanlı yazıçı: "Pulsuzluqdan baş tutmadı"

14 Fevral 2016 21:31
3 Şərh     Baxış: 3 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış yazıçı Vidadi Babanlı arzularını dilə gətirib.
Milli.Az publika.az-a istinadən bildirir ki, yazar yeni işıq üzü görmüş "Zəmanə adamı" adlı romanının ekranlaşdırılmasını istəyir.
 
"Bilirsiniz ki, mənim əsərim əsasında Şamil Mahmudbəylinin rejissorluğu ilə "Həyat bizi sınayır" adlı bədii film çəkilib. Həmin film tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Ondan sonra "Vicdan susanda" adlı əsərim əsasında film çəkmək istədilər. Tanınmış rejissor Tofiq Tağızadə filmin çəkiləcəyinə artıq qərar da vermişdi. Amma bunun üçün əsərin qısaldılmasını məsləhət gördü. Mənsə razılaşmadım. Dedim ki, film ikiseriyalı olsun. Bu da maddi imkansızlıq üzündən baş tutmadı. Çox istərdim ki, yeni əsərim əsasında film çəkilsin. Çünki yazdıqlarım həyati hadisələr üzərində qurulub və bu günlə səsləşir", -yazıçı deyib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.