Cəmiyyət

Lalə Şövkətin hüquqşünas oğlu - FOTO

13 Fevral 2016 20:51
35 Şərh     Baxış: 28 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Milli.Az modern.az-a istinadən Azərbaycanın sabiq dövlət katibi, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin oğlu Sidqi Şövkət haqqında bəzi məlumatları təqdim edir.

Lalə Şövkət 1951-ci ildə noyabrın 7-də Bakıda ziyalı ailəsində anadan olub. 1968-ci ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olub. İlk elmi əsərləri hələ tələbə olarkən dərc olunub. 1974-cü ildə institutu bitirdikdən sonra Moskvadakə Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına internaturaya göndərilib.

25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib. 37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müdafiə edərək, o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olub və Rusiya Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilib.

100-dən çox elmi əsərin müəllifidir. Professordur.

1980-ci illərin sonunda Qarabağ probleminin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirib.1990-ci il yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik edib.

1991-ci ildə SSRİ-nin paytaxtı Moskvada Eduard Şeverdnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə "SSRİ-də Demokratik İslahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olub və "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi hərəkat yaradıb. Bu Hərəkat Azərbaycan Respublikasının Moskvada SSRİ Ədliyyə Nazirliyində rəsmən qeydə alınan ilk siyasi təşkilatıdır.

1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H.Əliyev tərəfindən Bakıya dəvət olunan Lalə Şövkət iyulun 7-də dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk dəfə Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin bundan imtina edib.

1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal Partiyanın sədri seçilib. 7 iyun 2003-cü ildə Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verən Lalə Şövkət  prezident seçkilərinə qurumun lideri kimi qatılıb.

2005-ci il parlament seçkilərinə Mili Birlik və Liberal Partiyasının lideri olaraq qatılan Lalə Şövkət öz dairəsində böyük qələbə qazanıb və  onun mandatı rəsmən təsdiq edilib. Lakin seçki saxtakarlığına etiraz əlaməti olaraq Lalə Şövkət rəsmən millət vəkili mandatından imtina edib.

Sonralar heç bir seçkiyə qatılmayıb.

Lalə Şövkət 2013-cü ildə müxalifətin təmsil olunduğu Milli Şuranın üzvləri sırasında yer alsa da, sonradan bu qurumdan istefa verib. O, artıq siyasətdən çəkilib...

Lalə Şövkətin yeganə övladı Sidqi Şövkət 23 fevral 1981-ci ildə Rusiya paytaxtı Moskva şəhərində doğulub. 1987-ci ildə ekstern qaydasında imtahan verərək, erkən yaşda Moskvadakı Qaqarin adına 43 saylı gimnaziyaya daxil olub və 8-ci sinfi orada bitirib. Sonradan, 1993-cü ildə anası ilə birlikdə Bakıya köçdüklərindən təhsilini Azərbaycanda davam etdirib. O, 1995-ci ildə orta təhsilini Bakıdakı 6 saylı məktəbdə yekunlaşdırıb. Sidqi Şövkət 11 illik təhsili 8 ildə başa vurub.

1996-1999-cu illərdə Böyük Britaniyanın Oksford şəhindəki Doverbruksk kollecində təhsil alıb.

2000-ci ildə Bakıdakı Qərb Universitetində ali təhsil almağa balşayan Sidqi Şövkət, 2004-cü ildə beynəlxalq hüquq ixtisası üzrə bakalavr pilləsini qırmızı diplomla bitirib. 2004-2006-cı illərdə Qərb Universitetində Avropa hüquq ixtisası üzrə magistr təhsili alıb. O, magistraturanı da qırmızı diplomla bitirib.

Ali təhsil aldığı müddətdə hüquq üzrə iki dəfə beynəlxaql müsbiqədə iştirak edib, 2003-cü ildə Vaşinqtonda Azərbaycanı təmsil etmək hüquq qazanıb.

Sidqi Şövkət 2006-cı iləd Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun aspiranturasına daxil olub, 2009-cu ildə oranı bitirib.
2012-ci ilin sentyabrında Milli Aviasiya Akademiyasında dissertasiya müdafiə edib, 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.

Sidqi Şövkət hazırda publisistika və politologiya ilə məşğuldur. O, jurnalist Eynulla Fətullayevin təsisçisi olduğu rusdilli haqqin.az və ingilisdilli "Azeri Daily"  analitik-informasiya saytlarında siyasi şərhlər, analitik məqalələrlə çıxış edir.
Sidqi Şövkət  həm də "Azeri Daily"nin baş redaktorudur.

Azərbaycan, rus və ingiliz dillərini bilir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.