Cəmiyyət

Əbabil quşları barədə nə bilirik?

13 Fevral 2016 19:40
6 Şərh     Baxış: 42 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəqin ki, indiyə qədər Əbabil adını eşitmisiniz. Bu ad "Fil" surəsində bəyan edilmişdir və Məkkəyə hücum edən fil ordusunu məhv edən quşlara aid edilir. "Və onların üzərinə qatar-qatar quşlar göndərdi". ("Fil" 3).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, əbabil sözünü təfsirçilər və alimlər müxtəlif cür təfsir etmişdilər. O cümlədən bəziləri onu bəla adlandırmış, bəziləri dağılmış dəstələr, bəziləri böyük cəmiyyət, bəziləri müxtəlif rənglər, dəvətlər kimi mənalandırmışdılar. (Tebyan)
Hər bir halda ayənin zahirinə nəzər salaq görərik ki, Əbabil quş olmuşdur. Bəs bu quş necə quşdur?
Bu quşun necəliyi və fil dəstəsini necə məhv etməsi haqqında da nəzərlər müxtəlifdir. Aişə deyir: "Əbabil qaranquşa bənzər quşlardır". Həmçinin deyir: "Onlar qırmızı və qara yarasalara bənzəyir".
Əbu Səyid Xədəri deyir ki, Məkkə hərəminin göyərçinləri Əbabilin nəslindəndirlər. Bəziləri deyir ki, sığırçına bənzəyir.
Əkrəmə yazır: "Onların başı vəhşi quşlara bənzəyirdi və o hadisədən sonra görünməmişdilər".
Təbəri İbni Abbasdan nəql edir: "Onlar o quşlardır ki, dənizdən çıxmışdılar və ya dəniz tərəfindən gəlmişdilər. Qara və ya ağ və ya yaşıl rəngli olmuşdular. Dimdikləri quşlar kimi və caynaqları itin caynağı kimi idi".
İbni Məsudun nəzərinə görə bu quşlar fəryad çəkib, daşları fil səhabələrinə tərəf atmışdılar. Allah Təala tufan göndərir ki, bu daşları şiddətlə onlara ata bilsinlər.
Həzrət Peyğəmbər (s) bu quşları təsvir edən zaman buyurur: "Yerlə göy arasında olan quşdur ki, yuvası vardır və yumurta qoyur".
İmam Baqir (ə) buyurur: "Hər bir quşun dimdiyində üç daş var idi. Daşları ordunun üstünə tökdülər ki, onun təsirindən aralarında əbrəhə (çiçək) xəstəliyi meydana gəldi. Allah da onun vasitəsilə onları məhv etdi. Ondan əvvəl əbrəhə xəstəliyi orada görünməmişdi".
İmam Sadiq (ə) buyurur: "Fil səhabələrindən bir nəfərdən çoxu sağ qalmadı ki, qaçdı. O insanlara hadisəni nəql edən zaman başını yuxarı qaldırıb dedi: "Bu, həmin quşlardır". O zaman o quş başının üstündə qərar tutur və aşağısında olan daşı atır".
Bəziləri bu şəxsin Əbrəhə olduğunu söyləyirlər ki, hadisəni Həbəşə padşahına nəql edən zaman bu əzabla məhv olur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.