Cəmiyyət

Duaları qəbul olunanlar və duaları qəbul olunmayanlar

13 Fevral 2016 23:45
19 Şərh     Baxış: 5 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanın duası əgər xalis olarsa və həmçinin lazım olan şəraitlərə malik olarsa, yəni dua edən zaman insan haram maldan və napak tikədən uzaq olarsa, insanların haqqına təcavüz etməzsə, duası itaətkarcasına olarsa - bu insanın duası qəbul olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, o insan ki, haram yeyir və Allahın vacibatlarını malında yerinə yetirmir, rüşvət yeyir, sələm yeyir, qəsb edəndir - bu insanın duası qəbul olmaz.
Allah Təala duanın yerinə yetmək şərtini Həzrət Musaya (ə) buyurmuşdu: "Ey Musa! Təkəbbürdən boş olan ürəklə dua et!".
Bu təkəbbür insanlara salam verməkdən başlayıb, Allahla rəftara qədər gəlib çıxır. Etikaf əməlinin son günündə dua vardır ki, orada deyilir: "Nə zaman səcdəyə getsən, çalış göz yaşı tök. Hətta əgər milçəyin qanadı qədər olsa belə". Bu, duanın yerinə yetmə nişanələrindəndir.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah qorxusundan ağlamaq - rəhmətin açarı, əməllərin qəbul olmaq nişanəsi və duaların yerinə yetmək yoludur".
Həzrət (s) başqa yerdə buyurur: "Nə zaman bəndə Allah qorxusundan ağlayar - günahları tökülər, necə ki, yarpaq ağacdan tökülər. Anadan olduğu gün kimi pak olar".
İmam Əli (ə) buyurur: "Gözlərin ağlaması və qəlbin təvazökarlığı İlahi rəhmətdən qaynaqlanır. Nə zaman onu əldə etsəniz, dua etməyi qənimət bilin".
İmam Sadiq (ə) buyurur: "Əgər ümmət içində bir nəfər ağlar olarsa, onların hamısı rəhmət olunarlar".
Əbu Haşim Cəfəri o səhabələrdəndir ki, üç İmamı görmüş (İmam Rza (ə), İmam Cavad (ə) və İmam Hadi (ə)) və onlara xidmət etmişdir. Bu insan nəql edir ki, müsibətlər ona hücum edir və maddi çətinliyə düşür. Ailəsi üçün bir tikə çörək belə ala bilmir. Qərara alır ki, İmam Hadinin (ə) yanına gəlib olanları ona desin. İmam (ə) onu görən kimi buyurur: "Ey Əbu Haşim! Allahın sənə verdiyi nemətləri say!". Sonra İmam (ə) özü onları saymağa başlayır: iman, məada, nübuvvətə və Qurana etiqad bəsləmək... Sonra buyurur: "Əgər Allah bunları səndən alsa, səadət qapıları üzünə bağlanar və bədbəxtlik qapıları açılar".
Ona görə də deyə bilərik ki, əgər Allah insanın imanını ondan alsa cismi sağlamlıq, xeyir və bərəkətin qapıları üzünə bağlanar. Bizim əslində çox şeyimiz vardır, ancaq belə düşünürük ki, heç bir şeyimiz yoxdur. Halbuki, Allah bizə cismi sağlamlıq vermiş və ibadət əhli olmağımıza şərait yaratmışdır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.