Cəmiyyət

“Aşura” ziyarətini davamlı oxumağı özünə vəzifə bil”

13 Fevral 2016 20:45
19 Şərh     Baxış: 1 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  hüccətül-İslam doktor Əmini belə yazır: "Atam Əllamə Əmini Nəcəfinin vəfatından dörd il keçəndən sonra cümə gecəsi fəcrdən əvvəl yuxuda gördüm. Onu şad və xürrəm gördüm.

İrəli gedib əlini öpdüm və dedim: "Atacan! Burada hansı əməl sizin nicat və saədətinizə səbəb olmuşdur?".
Atam bir qədər fikrə getdi və buyurdu: "Ancaq Əba Abdullah Hüseynin (ə) ziyarəti".
Dedim: "Siz yaxşı bilirsiniz ki, Kərbəlanın yolu bağlıdır. Nə edim?"
Buyurdu: "İmam Hüseynin (ə) əzadarlığı üçün təşkil olunan mərasimlərdə iştirak et və İmam Hüseyni (ə) ziyarət etməyin savabını sənə verərlər.
Oğlum! Əvvəllər sənə dəfələrlə demişdim və indi də tövsiyə edirəm ki, "Aşura" ziyarətini heç bir zaman unutma. Davamlı olaraq onu oxu, onu özünə vəzifə bil. Bu ziyarətin çoxlu savabları, bərəkətləri, faydaları vardır ki, sənin dnüya və axirət həyatında səadətinə səbəb olar. Dua etməyini ümid edirəm".
Bəli, Əllamə Əmini elə bir alim idi ki, o qədər elmi, tədris, mütaliə kimi məşğuliyyətlərinin olmasına baxmayaraq, "Aşura" ziyarətini həmişə oxuyardı və onu oxumağı tövsiyə edərdi. Bu qədər dini kitabların və Əmirəl-möminin (ə) adlı kitabxananın təsisinin müəllifi olmasına və çox sayda tələbəni maarifləndirməyinə baxmayaraq, onun nicatına səbəb olan əməl "Aşura" ziyarətini oxumaq və İmam Hüseyni (ə) ziyarət etmək olmuşdur.
 Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.