"Qardaşım mənim" ("Kardeşim benim") filminin təqdimatı üçün Azərbaycana gələn aktyor Burak Özçivitin Bakı səfəri Türkiyə mətbuatında da işıqlandırılıb.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, xəbərdə bildirilir ki, B. Özçivit həmkarı Aslı Enverlə Bakıda fanatları ilə görüşüb.
"Özçivit Azərbaycana səfərində sevgiylə qarşılanıb. Qala gecəsinin biletləri bir neçə gün əvvəl satılıb, qurtarıb. Görüşdə böyük izdiham olub. Fanatlar aktyorla çoxlu "selfie" çəkdirib", - deyə xəbərdə vurğulanır.
Milli.Az