Cəmiyyət

Sürücülər cəriməni hissə-hissə ödəsinlər - TƏKLİF - VİDEO

12 Fevral 2016 21:52
3 Şərh     Baxış: 2 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnzibati xətaya görə yazılmış cəriməni sürücüdən birdəfəyə ödənilməsi tələb edilir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir kbelə olduqda sürücülər bəzən cəriməni ödəyə bilmir və nəticədə həmin cərimənin üstünə əlavə faiz gəlir. Bu da inzibati xətaya görə yazılmış cərimələrin hissə-hissə ödənilməsi məsələsini gündəmə gətririb.

Əslində bu problemlə Elvin Ömərov kimi bir çox sürücü qarşılaşıb.

Məsələn, sürücüyə inzibati xətaya görə 300 manat cərimə yazılırsa, onu mütləq birdəfəyə ödəməlidir. Cəriməsini ödəyə bilmədikdə isə üstünə faiz gəlir və daha sonra isə avtomobilə yol polisi tərəfindən həbs qoyulur.

Problem sürücülərə inzibati xətaya görə yazılmış cərimələrin hissə-hissə ödənilməsi məsələsini gündəmə gətirib.

Millət vəkili Fazil Mustafa cərimənin kredit şəklində ödənilməsini təklif edir.

Millət vəklinin sözlərinə görə, cərimənin ödənilməməsi dövlət orqanını daha çox ziyana salır. Ona görə də cərimənin hissə-hissə qaytarılması həm vətəndaşa, həm də dövlət büdcəsinə xeyirdir.

Fazil Mustafanın təklifi sürücülərin də ürəyincədir. Onlar da hazırkı vəziyyətdə cərimənin kredit şəklində qaytarılmasını müsbət qiymətləndirirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sürücülər cəriməni hissə-hissə ödəsinlər - TƏKLİF

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.