Cəmiyyət

Çay suyundan birbaşa istifadə zərər verə bilər - VİDEO

12 Fevral 2016 21:38
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kür və Araz çaylarının növbəti monitorinqi keçirilib. Nəticələr çaylarda normadan dəfələrlə çox çirklənmə olduğunu göstərir.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, çaylarda çirklənmə təhlükəli hal alıb. Gürcüstan və Ermənistan ərazisində Kürə axıdılan tullantılar və çirkab sular nəticəsində çayda biogen maddələrin miqdarı maksimum həddə çatıb. Monitorinqlər göstərir ki, suyun tərkibində mis və sink kimi ağır metalların da miqdarı normadan çoxdur.

Kür çayı üzrə çirklənmə yol verilən qatılıq həddini Şıxlı-2 məntəqəsində 3,7 , Ağstafaçay su anbarında isə 3,5 dəfə  keçib.

Araz çayında aparılan monitorinqin nəticələri də qənaətbəxş deyil.

Araz çayı üzrə çirklənmə I Şahsevəndə 4, Horadizdə 3,9,  Bəhramtəpədə isə 3,5 dəfə normadan artıqdır.

Mütəxəssislər qeyd edir ki, çirklənmənin çox olduğu ərazilərdə Çay suyundan birbaşa istifadə insanın səhhətinə mənfi təsir göstərə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Çay suyundan birbaşa istifadə zərər verə bilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.