Cəmiyyət

"e-Bay" dan istifadə edənlər diqqətli olmalıdır - VİDEO

12 Fevral 2016 21:34
7 Şərh     Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur beynəlxalq alış-veriş saytı olan ''e-Bay'' dan istifadə edənlər diqqətli olmalıdır. Məsələ burasındadır ki, xakerlər bu portalda onlayn mağaza açaraq şirnikləndirici qiymətlərlə mal təklif edir və bununla da virus yayırlar. Nəticədə istifadəçilərin şəxsi məlumatları və bank hesabı oğurlanır. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, mütəxəssislərin bu tora düşməmək üçün bəzi məsləhətləri var.

Bənzər hallar onlayn alış-veriş saytlarının şəxsi məlumatların və bank hesablarının təhlükəsizlik məsələsini aktuallaşdırır. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi də bununla bağlı məlumat yayıb, "e-Bay" istifadəçilərini diqqətli olmağı tövsiyə edib. Agentliyin məlumatına görə, xakerlər "e-Bay" onlayn mağaza yaradırlar və zərərverici kodu məhsulun təsviri haqda olan səhifəyə yerləşdirirlər.

İstifadəçilər şirnikləndirici təkliflərin doğru-olub-olmadığını əvvəlcə ''e-Bay'' ın rəsmi səhifəsindən dəqiqləşdirməsi məsləhət görülür.

"Check Point" araşdırma şirkətinin tədqiqatçıları qeyd olunan boşluqla bağlı ətraflı hesabatı "e-Bay" rəhbərliyinə təqdim edib. Lakin "e-Bay" rəsmiləri bu boşluğu aradan qaldırmağı planlaşdırmadıqlarını bildiriblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.