Cəmiyyət

Qaranlıq küçə, sahibsiz itlər və təhlükə mənbəyi... - VİDEO

12 Fevral 2016 21:27
1 Şərh     Baxış: 2 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ulduz metrostansiyasının yerləşdiyi küçə yük maşınlarının dayanacağına çevrilib.

Üstəlik işıqlandırma olmadığından gecələr bu yolu keçmək piyadalar üçün əməlli-başlı müşkülə çevrilib.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, qaranlıq yol ağır tonnajlı yük maşınlarının dayanacağına çevrilib. Ətrafda isə çoxlu sayda sahibsiz it var. Gecə saatları olmasında baxmayaraq metroya gedən (Voladorsk küçəsi ) bu yoldan kifayət qədər çox piyada istifadə etsə də ətrafda bir dənədə olsun işıq yoxdu.

İşıq olmasa da yol boyu işıq dirəkləri var. Ərazidəki zibil qablarının ətrafında isə çoxlu sayda sahibsiz itlər toplaşır ki, bu da piyadalar üçün əlavə təhlükə yaradır.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov məsələdən xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, küçənin işıqlandırılması ilə bağlı Bakı şəhər İcra hakimiyyətinə müraciət olunub. Ağır tonlajlı yük maşınlarının küçəni zəbt etməsinə gəldikdə isə, bu iş Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına tapşırılıb və  günü sabah məsələ həll olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qaranlıq küçə, sahibsiz itlər və təhlükə mənbəyi...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.