Cəmiyyət

Əgər 3 dəfə desə...

14 Fevral 2016 19:40
3 Şərh     Baxış: 2 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quranın nəzərinə görə fəcrdən əvvəl ayağa qalxmaq ən fəzlətli zamanlardan hesab olunur. Bu, elə bir fəzilətli zamandır ki, bu zamanda edilən ibadətlər və dualar Allah tərəfindən qəbul olunar.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Qurani-Kərim buyurur: "Ey libasına bürünmüş. Gecə - az bir hissəsi istisna olmaqla - (namaz və ibadət üçün) ayağa qalx!". ("Muzzəmmil" 1-2).
"Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir". ("Muzzəmmil" 6).
İmam Cəfər Sadiq (ə) bu ayə barəsində buyurur ki, ayədə məqsəd o kəsin ayağa qalxmasıdır ki, Allahdan savayı niyyəti və qəsdi yoxdur. İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurur ki, bu ayələrdə gecə vaxtı ayağa qalxmaq dedikdə, gecə namazı üçün qalxmaq nəzərdə tutulur. (Tebyan)
Ayətullah Cavad Amuli bu ayələr haqqında buyurur: "6-cı ayədə adı çəkilən gecə vaxtında o nəzərdə tutulur ki, sən gündüz vaxtı çox işlərlə məşğul olursan. Ancaq gecə sənə mane olan olmadığı üçün, danışığın daha düzgün və möhkəm olar".
Bu ayələrin xitab etdiyi insan - Həzrət Peyğəmbər (s) olmuşdur. İmam Sadiq (ə) buyurur ki, gecə namazı Peyğəmbərə (s) vacib buyurulmuşdu.
Həzrət Peyğəmbər (s) buyurur: "Üç dəstə İblisin (vəsvəsələrindən) və ordusundan pakdır: 1. O kəslər ki, Allahı yada salırlar. 2. O kəslər ki, Allah (əzabının) qorxusundan ağlayarlar. 3. O dəstə ki, gecə vaxtı istiğfar edərlər".
Əhli-Beytdən (ə) nəql olunur: "Agah olun, Allahın salamları gecə əhlinin halına və gecə üzr istəyənlərin halına şamil olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqətən, Allah Təala gecə vaxtı istiğfar edənlərin səsini sevər".
İmam Sadiq (ə) buyurur: "Hər kim pis iş görərsə, ona 7 saat möhlət verilər. Əgər 3 dəfə desə: "Əstəğfirullahəl-ləzi lə iləhə illə huvəl-həyyul-qəyyum", ona bir şey yazmazlar".\
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.