Cəmiyyət

Rusiyada azərbaycanlıların obyektləri sökülür - VİDEO

12 Fevral 2016 10:27
0 Şərh     Baxış: 1 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus ticarət mərkəzlərinin kütləvi şəkildə söküntüsünə başlanılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, bölgə müxbirinin verdiyi məlumata görə, Moskva bələdiyyəsi bu obyektlərin tikintisi və fəaliyyətinin qanunsuz həyata keçirildiyini bəyan etsə də obyekt sahibləri bununla razılaşmır. 

Moskvanın mərkəzindəki bəzi metro stansiyalarının çıxışları sözün həqiqi mənasında zəlzələ bölgəsini xatırladır. Gecə saatlarında sökülən obyektlərdən geriyə galan töküntülər gündüz yük maşınlarıyla şəhər kənarına daşınır. Sahibləri arasında azərbaycanlıların da olduğu bu obyektlərin xəbərdarlıq edilmədən gecə saatlarında sökülməsi sahibkarların ciddi etirazlarına səbəb olub.

Kiçik ticari işlətmələr və köşklər birliyinin prezidenti Vladlen Maksimov

"Mən belə hesab edirəm ki, obyektlərin bu şəkildə sökülməsi Moskva bələdiyyəsinin kobud səhvidir. Ən azından kiçik sahibkarlığa dəstək komitəsi bu obeyktləri icarəyə götürən insanlara xəbərdarlıq edə bilərdi. Niyə bunu etmədiklərini mən anlaya bilmirəm. Ona görə indi zərərçəkən bütün sahibkarlarımıza məsləhətim budur ki, birlikdə Moskva bələdiyyəsinə öz etirazlarını bildirsinlər. Bu insanlar arasında, təbii ki, ənənəvi olaraq ticarətlə məşğul olan azərbaycanlılar da az deyil", - deyə Kiçik ticari işlətmələr və köşklər birliyinin prezidenti Vladlen Maksimov bildirib. 

İndiyədək 50-dən çox obyekti yerlə bir edən Moskva bələdiyyəsi 1 mart tarixinədək 104 qanunsuz tikilini sökmək niyyətindədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyada azərbaycanlıların obyektləri sökülür

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.