Cəmiyyət

Azərbaycanda nazir oğulları orduya çağırılır

11 Fevral 2016 21:51
9 Şərh     Baxış: 5 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəqin xatırlayırsınız, bir müddət əvvəl Amerikanın öz dəqiq və mötəbər hesabatları ilə seçilən Global Firepower təşkilatının reytinqində Azərbaycan ordusu dünya ölkələrinin ən güclü Silahlı Qüvvələri sırasında 50-ci yerə layiq görülmüşdü.

Milli.Az anspress-ə istinadən bildirir ki, Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov haqqin.az-a eksküliziv müsahibəsində Silahlı Qüvvələrimizdəki bugünkü durum, aparılan hərbi islahatlar, eləcə də ordunun nüfuzunun artırılması üçün görülən işlərdən danışıb.

General öz müsahibəsində cəmiyyəti maraqlandıran olduqca mühüm bir məsələyə - imkanlı, vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama da aydınlıq gətirib.

Y.Aydəmirov bildirib ki, Zakir Həsənov nazir təyin olunandan sonra orduya nəinki hansısa məmurların, hətta nazirlərin oğulları da çağırılır: "Ölkəni hamı qorumalıdır: həm varlılar, həm də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa, onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla qanımıza qədər qorumaq hər birimizin borcudur".

2013-cü il oktyabrın 22-də prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Zakir Əsgər oğlu Həsənov müdafiə naziri təyin edilib. Səfər Əbiyev tutduğu postdan kənarlaşdırılb. Zakir Həsənov bu təyinatadək daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı idi.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.