Cəmiyyət

Övladın ata üzərindəki haqqı nədir?

11 Fevral 2016 22:10
21 Şərh     Baxış: 2 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Mizanul-hikmət" kitabında Quranın əhəmiyyətinə dair çox sayda hədislər bəyan edilmişdir ki, onlardan bəzisinə işarə edək:
Quranın fəziləti.
Həzrət Peyğəmbər (s) buyurur: "Quranın başqa sözlərdən üstünlüyü, Allahın xəlqinə qarşı üstünlüyü kimidir".
İmam Əli (ə) buyurur: "Sübhan Allah qüdrətini Kitabında nümayiş etdirmişdir və bu yolla Özünü bəndələrinə Onu görmədən nişan vermişdir". (Tebyan)
Quran həmişə təzədir.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dünyanın əvvəlindən axırına qədər keçmişdəkilərin və gələcəkdəkilərin elmini istəyər, Quranda təfəkkür etsin".
İmam Əli (ə) buyurur: "Quran hər nə qədər təkrar olar və qulağa dəyər, yenə də köhnəlməz".
Quranı öyrənmək və öyrətmək.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Quran oxuyar, deyilər ki, oxu və yuxarı qalx və tərtillə oxu. Necə ki, dünyada tərtillə oxumusan. Sənin mənzilin və yerin oxuduğun son ayədədir".
İmam Əli (ə) buyurur: "Övladın ata üzərindəki haqqı odur ki, ona gözəl ad qoysun, onu yaxşı tərbiyə etsin və ona Quran öyrətsin".
İmam Sadiq (ə) buyurur: "Hər kim cavanlıqda Quran oxuyar, Quran onun ətinə və qanına qarışar".
Quranı əzbərləməyə təşviq.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, batinində Qurandan bir şey olmaz, viran olmuş ev kimidir".
İmam Sadiq (ə) buyurur: "Hər kim Quranın surəsini unudar həmin surə (behiştdə) gözəl simada və yüksək dərəcədə qarşısında mücəssəm olar və onu görən kimi deyər ki, sən kimsən? Necə də gözəlsən. Kaş mənim olaydın. Cavab verər: "Məni tanımırsan? Mən filan surəyəm. Əgər məni unutmasaydın, səni bu ali məkana gətirərdim"".
Quran oxumağa təşviq.
Həzrət Peyğəmbər (s) buyurur: "Quran oxu. Çünki onu oxumaq - günahların kəffarəsidir. Atəş qarşısında pərdə və əzabdan amana səbəb olandır".
Quranı xoş səslə oxumaq.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər şeyi zinəti vardır və Quranın zinəti xoş səsdir".
Quran oxumağın ədəbi.
Həzrət Peyğəmbər (s) buyurur: "Quranın keçidini təmiz edin". Soruşurlar ki, keçid haradır? Buyurur: "Ağzınız". Soruşurlar ki, necə təmiz edək? Buyurur: "Misvak etməklə".
Həzrət Peyğəmbər (s) buyurur: "Cəhənnəmdə dəmir bir dəyirman vardır ki, orada günahkar qarilərin və alimlərin başını un edərlər".
Qurana qulaq asmaq.
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Quranın bir ayəsinə qulaq asar, ona bir neçə qat savab yazılar. Hər kim Allahın Kitabından bir ayə oxuyar, Qiyamət günü həmin ayə onun üçün nur olar".
Quranın təfsiri.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur: "Mənə iman gətirməmişdir o kəs ki, Mənim sözümü öz rəyi ilə təfsir etsin"".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Özümdən sonra ümmətim üçün ən çox qorxuduğum şey o kişidir ki, Quranı yersiz təfsir etsin".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.