"(Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, nə zaman və necə çıxması, bu sözün əsil həqiqəti və ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır)". ("Nəml" 82).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayənin zahirindən belə başa düşmək olur ki, Allah dünyanın sonlarına yaxın yerdən bir varlıq çıxardacaqdır (dabbətul-ərz) ki, insanlarla söhbət etsin. Bu hadisə təfsirçilərin nəzərinə görə, Qiyamətin əlamət və şərtlərindəndir. Bu ayədən sonrakı ayədə isə insanların həşr olmasından söhbət açılır. Bütün insanların deyil, bəlkə bir dəstə insanların. Əhli-beyt (ə) məktəbinin nəzərinə görə bu hadisə rəcətə işarə edir, yəni kiçik Qiyamətə.
Çünki böyük Qiyamətdə bütün insanlar məhşur olacaqdır. İmam Sadiq (ə) dabbətul-ərz hadisəsi ilə bağlı buyurur: "Bu hadisənin rəcətdə baş verəcəyinin dəlili Allahın sözləridir: "(Yada sal), hər bir ümmətdən Bizim ayələrimizi təkzib və inkar edən dəstələri toplayacağımız o gün, onlar(ın ilki və sonuncuları) bir yerdə cəm edilər və tutulub saxlanılar. Hazır olduqları zaman (Allah) buyurar: "Mənim nişanələrimi onlara elminiz çatmadığı halda təkzib və inkarmı etdiniz? Yaxud siz nə edirdiniz (Mənim ayələrimlə necə rəftar edirdiniz)?"". ("Nəml" 83-84).
Dabbətul-ərzin nə olduğu ilə bağlı bizə çatan hədisləri iki dəstəyə bölmək olar:
1. Əbu Zubeyr onu belə təsvir etmişdir: "Başı inək başı, gözü donuz gözü, qulaqları fil qulağı, buynuzları maral buynuzu, boynu göyərçin boynu, sinəsi dəvə sinəsi, rəngi bəbir rəngində, arxası pişik arxası, quyruğu qoç quyruğu, əl və ayaqları dəvənin əl və ayağı kimidir və əzələləri arasındakı fasilə 12 zirəhdir (6 metr)".
2. Əhli-beyt (ə) mənbələrinə əsasən Dabbətul-ərz ali məqamlı insandır ki, hədislərin çoxunda ən ali insanın İmam Əli (ə) olduğu vurğulanmışdır. İmam Sadiq (ə) buyurur: "İmam Əli (ə) məsciddə başının altına bir qədər qum toplayıb yatmışdı. Peyğəmbər (s) ona çatan zaman ayağı ilə hərəkət etdirib buyurdu: "Qalx, ey Dabbətul-ərz". Bir nəfər soruşur ki, biz bir-birimizi də belə çağıra bilərikmi? Həzrət (s) buyurur: Xeyr, Allaha and olsun ki, bu ad ona məxsusdur. O, həmin Dabbədir ki, Allah Quranda buyurmuşdu". Sonra Nəml" surəsinin 82-ci ayəsini oxuyur".
Ona görə də demək olar ki, Dabbətul-ərz o kəsdir ki, Allahın hüccətini insanlara çatdırar. O kəs ki, Allahın hüccətini çatdırar, gərək insan olsun. Əks halda bir çoxları etiraz edər ki, sən insan deyilsən və bizim ehtiyaclarımızdan xəbərin yoxdur. Ona görədir ki, Allah peyğəmbərlərin (ə) insanlardan olmasını istəmişdir.
Müxtəlif hədislərin nəql etdiyinə görə Dabbətul-ərz müqəddəs bir varlıqdır və o, müqəddəs bir məkan olan Səfa dağından və ya Səfa ilə Mərvə arasından xaric olacaqdır. Özü ilə Musanın (ə) əsasını və Süleymanın (ə) üzüyünü gətirəcəkdir. Möminlərin üzünə pakların möhürünü, kafirlərin üzünə isə napakların möhürünü vuraraq, onları bir-birindən ayıracaqdır. Ona görə də bu varlığın heyvan olması qeyri-mümkündür. Əgər heyvan insanların üzünə möhür vurarsa, bu İlahi ədalətə zidd olar. Çünki bir heyvan möminə belə bir şey edə bilməz. Heyvanın dərəcəsi insandan daha alçaqdır. Bu hərəkət mömini xar və zəlil edər.
Ona görə də hədislərimizin dili ilə desək, bu işi görən insan olacaqdır və bu insanın İmam Əli (ə) olması ehtmalı daha çoxdur. Çünki bu dünyada Peyğəmbərdən (s) sonra ondan üstün insan olmamışdır. İmam Əli (ə) "Mübahilə" ayəsinə əsasən Həzrət Peyğəmbərin (s) nəfsi (özü) kimi bu işi görə biləcəkdir.
İmam Əli (ə) özü buyurur: "Mən Dabbətul-ərzəm".
Milli.Az
Cəmiyyət
Dabbətul-ərz nə deməkdir?
11 Fevral 2016 22:45
6 Şərh
Baxış: 5 454
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- İmran Əliyev həbs edildi
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
XƏBƏR LENTİ
- “İnsan yediyi qaba tüpürməz”
- “TikTok”un populyarlaşdırdığı yuxu taktikası - Nə dərəcədə effektivdir?
- 48 yaşlı Nurgüldən iddialı pozlar - FOTO
- Nəsrinin bu FOTOları gündəm oldu
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar
- Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...
- Könül Həsənova icra başçısının müavini təyin olundu
- "Hudutsuz sevda"ya vida etdi - FOTO
- Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
- ÇL-də həftənin ən yaxşısı açıqlandı
- Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı
- Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir