Cəmiyyət

Canlı efirdə homoseksualları təhqir etdi

11 Fevral 2016 10:13
7 Şərh     Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan prezidenti İslam Kərimov televiziyada yayımlanan çıxışında homoseksuallıq haqqında alçaldıcı tərzdə danışıb.

Milli.Az azadlıq.org-a istinadən bildirir ki, prezident eynicinsli münasibətlərdə olan kişilər və qadınlarda "hər halda nəsə çatışmır" deyib.
 
Homoseksuallıq hərəkətlərinə görə üç ilə qədər həbs cəzasının nəzərdə tutulduğu ölkənin prezidenti eynicinslilərin intim münasibətlərini Qərb mədəniyyətinin "vulqar" təzahürü adlandırıb.
 
"Biz... Qərb mədəniyyətindən danışırıq. Biz onu vulqar mədəniyyət adlandırırıq. Siz bilirsiniz, mən nəyi nəzərdə tuturam. Bu barədə qadınların yanında danışmaq da uyğun deyil. Düşünürəm ki, kişilər kişilərlə, qadınlar qadınlarla yaşayırsa, deməli, nəsə düzgün deyil".

Kərimov başını göstərib və əlavə edib ki, "Burada nəsə çatışmır. Bir məsəl var: Allah bir adamın abırsızlığını ortaya qoymaq istəyəndə əvvəl onun ağlını alır".
 
Qeyd edək ki, Özbəkistan homoseksuallığın qeyri-qanuni sayıldığı yeganə keçmiş sovet respublikasıdır. Hərçənd cinsi azlıqların nümayəndələrini təcrid etmək cəhdləri digər keçmiş sovet respublikalarında da edilib və ya edilməkdədir.
 
2013-cü ildə Rusiya prezidenti Vladimir Putin "uşaqlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliğini" qadağan edən qanun imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.