Cəmiyyət

Bakıdan xaricə ucuz uçuşlar təşkil ediləcək: 50 avro - VİDEO

10 Fevral 2016 22:47
4 Şərh     Baxış: 2 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir ki, Azərbaycanda ucuz uçuşlar həyata keçirən aviaşirkətlərlə bağlı müzakirələr aparılır və artıq Macarıstanın belə bir şirkəti ilə əməkdaşlığa  dair razilaşma əldə olunub. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, gələn aydan etibarən Bakıdan aşağı qiymətlə Budapeştə uçmaq mümkün olacaq.

Avropaya yenidən ucuz qiymətlə uçmaq mümkün olacaq. Martın 28-dən etibarən Macarıstana məxsus aviaşirkət Bakıdan ucuz uçuşlara başlayacaq. Ucuşlar həftənin bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək. Qiyməti isə 50 avrodur. Bu qiymətə yalnız kiçik tutumlu əl çantası daxildir. Baqajlar çəkisindən asılı olaraq ayrıca ödənilir.

Turizm  sektorunda çalışanlar hesab edirlər ki, ucuz uçuşlar həm Azərbaycan vətəndaşları, həm də turistlər üçün olduqca əlverişlidir.

Ekspertin sözlərinə görə, ucuz uçuşlar həyata keçirən aviaşirkətlərin Azərbaycanla əməkdaşlığı xarici turistlərin ölkəmizə gəlişini asanlaşdıracaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıdan xaricə ucuz uçuşlar təşkil ediləcək: 50 avro

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.