Cəmiyyət

Bakıda 47 ilin maşını 25 min dollara satılır - VİDEO

10 Fevral 2016 22:22
1 Şərh     Baxış: 2 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 1969-cu ilin istehsali olan "Qaz-21" markalı retro avtomobil satışa çıxarılıb. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu avtomobil modellərin sonuncusu hesab olunur.

Sükanı və bir çox detalları fil sümüyündən olan avtomobil satışa çıxarılıb. Söhbət 1969-cu ildə sifarişlə istehsal olunan "QAZ-21" markalı avtomobildən gedir.

Maşının bütün detalları özününküdür, sonradan əlavə olunmayıb. 47 ilin maşını 25 min dollara satılır.

Vaqif Qurbanov deyir ki, avtomobilin salonu, mühərrik yeri və baqajı əla vəziyyətdədir.

Vaqif Qurbanov bu avtomobili 9 il əvvəl alıb. Onun yeni sahibinin çox şanslı biri olacağını deyir. Çünki  şəhərdə maşını görənlər məlumat almaq və onu heç olmasa bir dəfə idarə etmək üçün dəridən-qabıqdan çıxırlar.

Maşının üzərindəki dövlət nömrə nişanı satılmır. 25 min dollarindan keçib retro avtomobilə sahib olan şəxsə 021-lə başlayan nömrə hədiyyə olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda 47 ilin maşını 25 min dollara satılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.