Cəmiyyət

Bakının bəzi yerlərində tıxaclar "zəifləyib"

10 Fevral 2016 00:10
1 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəryolservis" ASC məlumat yaydı.

Bakı şəhərində nəqliyyat axınlarının daha səmərəli idarə olunması məqsədi ilə gərgin iş rejimində işləyən yol qovşaqlarında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma işləri öz müsbət nəticələrini verib.

Milli.Az oxu.az-a istinadən bildiirir ki, bu barədə "Azəryolservis" ASC-nin məlumatında deyilir.
 
Uzun illərdir ki, günün istənilən vaxtı "tıxacla" rastlaşdığımız  Heydər Əliyev prospekti ilə Babək prospektinin kəsişməsində ("Ramstore" yol qovşağında), əsas yol kəsişmələrindən İnşaatçılar prospekti ilə Nəriman Nərimanov və Naxçivani küçələrinin kəsişməsində ("Statistika" dairəsində),Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində ("Qələbə k/t qarşısındakı dairədə) və  20 Yanvar dairəsində aparılan məqsədyönlü yenidən qurma işləri, bu ərazilərdə nəqliyyat axınına müsbət təsir edib və nəticədə  sözügedən qovşaqlarda "tıxac" problemi xeyli azalıb.

Heydər Əliyev Mərkəzi qarşısında yan yoldan əsas yola keçidin xeyli genişləndirilməsi (bir hərəkət zolağı enində), eləcə də Heydər Əliyev prospektində Koroğlu metro stansiyası istiqamətində əsas yoldan yan yola 2 yerdə yeni çıxışların açılması da şəhər əhalisi tərəfindən müsbət qarşılanıb.
 
Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində əsas dairəyə çatmamış geriyə dönmə üçün yeni yolun tikintisi bu ərazidə nəqliyyat sıxlığının azalmasına imkan yaradıb.
       
2015-ci il ərzində ASC tərəfindən 1739 ədəd yol nişanları, 11 903 ədəd siqnal dirəkləri, 58 ədəd məlumatverici lövhə,  33 844 p.m  isə əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 1050,6 min m2  həcmində yolların xətlənməsi işləri yerinə yetirilib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.