Cəmiyyət

Azərbaycanlı aktyor: "Maaşım 174 manatdır, ev almaq üçün böyrəyimi satmaq istəyirəm"

9 Fevral 2016 23:13
0 Şərh     Baxış: 2 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Uşaq Teatrının aktyoru Cavanşir Məhərrəmov böyrəyini satması barədə mətbuata verdiyi açıqlamaya görə teatr tərəfindən cəzalandırılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, aktyor şiddətli töhmət aldığını deyib:
"Teatrdan mənə şiddətli töhmət verdilər. Söz azadlığım olduğunu bilirəm, amma teatrdan məni cəzalandırdılar ki, niyə böyrəyimi satacağımı demişəm. Soltan bəy bildirib ki, teatrın ən çox qazanan aktyorlarından biriyəm. Əvvəllər çəkilişlər olurdu, indi isə heç bir ekran işinə dəvət almıram".

C.Məhərrəmov açıqlamasının reklam xarakterli olduğunu iddia edənlərə də cavab verib:
 
"Böyrəyimi satacağımı özümü reklam etmək üçün deməmişəm. Hazırda mənim ev problemim var. Evsizəm, kirayədə qalıram, imkanım yoxdur. Teatrın adına ləkə gətirəcək söz deməmişəm. Sadəcə, maaşım 174 manatdır, 190 manat isə kirayə pulu verirəm. Ev almaq üçün böyrəyimi satmaq istəyirəm. Əgər mənə maddi yardım olunsa, fikrimdən əl çəkəcəm. Hələ ki, böyrəyimi satmaq barədə harasa müraciət etməmişəm".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.