Cəmiyyət

Bu kanal sakinlərin kabusuna çevrilib -VİDEO

9 Fevral 2016 21:16
0 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Sabunçu rayonu yeni Ramana qəsəbəsi südçülük sovxozunda yaşayan bəzi sakinlər evlərindən həyətə çıxdıqda təhlükə ilə üz-üzə qalırlar. Səbəb isə kanalın ətrafinda qoruyucu səddin olmamasıdır.

Milli.Az Xəzərxəbər-ə istinadən bildirir ki, su kanalının ətrafında heç bir qoruyucu sədd qoyulmayıb.

Yaşayış evləri də kanalın bir neçə metrliyində tikilib. Üstəlik kanal da zibilliyə çevrilib.

Payaxtın Sabunçu rayonu yeni Ramana qəsəbəsi südçülük sovxozunda bəzi sakinlər uşaqlarını həyətə çıxarmağa ehtiyat edirlər. Çünki yaxınlıqda olan su kanalının ətrafına qoruyucu səddin çəkilməməsi onlar üçün təhlükə yaradır. Hətta kanala düşənlər də olub.

Kanala yaxın ərazilərdə yaşayış evlərinin tikilməsi isə davam edir. Üstəlik məişət tullantılar da birbaşa kanala atılır.

Sakinlər problemlə bağlı Bakı Şəhər və Sabunçu rayon İcra hakimiyyətlərinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiklərini deyirlər. Ancaq hələlik müraciətlərin nəticəsi olmayıb.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu kanal sakinlərin kabusuna çevrilib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.