Cəmiyyət

Qaynar.info saytı dağıdıldı

9 Fevral 2016 16:47
1 Şərh     Baxış: 2 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarından Qaynar.info saytına olan haker hücumları nəhayətdə saytın bütün server məlumatlarının- script və arxivinin silinməsi ilə nəticələnib.

Milli.Az xəbər verir ki, bu barədə Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət məlumat verib.

Baş redaktor bildirir ki, hücumlar Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının kiberterrora məruz qalması ilə bağlı sayta verdiyi geniş açıqlama ilə bağlı olub.

"Bu gün səhər saatlarında başlanan hücum nəticəsində hakerlər ilk öncə saytın admin panelinə daxil olaraq, həmin yazını silməklə kifayətlənmişdilər. Belə ki, saytımızın Facebook səhifəsinə Məmməd Əliyev ( https://www.facebook.com/profile.php?id=100010124176715&fref=jewel) adlı user aldadıcı link göndərərək, onu tıklayan sayt adminin kompüterinə giriş əldə edərək, parolları ələ keçirdi. Daha sonra Admin panelə giriş əldə edən haker yazını saytın arxivindən sildi. Eyni virus linki [email protected] elektron ünvanından da saytımızın elektron ünvanına göndərildi. Biz o yazını daha sonra bərpa etdik. Amma dərhal sonra hücumlar daha da intensivləşdi. Hakerlər saytın serverlerinə daxil olaraq, bütün məlumatları, o cümlədən saytın skriptini də sildilər. Bu isə o deməkdir ki, sayt hazırda yalnız quru domendən ibarətdir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.