Cəmiyyət

WOWOMAN ilk ilini qeyd etdi - FOTO

9 Fevral 2016 17:15
Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 il ərzində xanımların inkişafı üçün müxtəlif formatda tədbirlər keçirən WOWOMAN platforması Fairmont oteldə fəaliyyətin ilk ilini qeyd etdi. Tədbir tanınmış bloqerləri, media nümayəndələrinin, yerli və xarici şirkətlər rəhbərlərinin iştirakı ilə yaddaqalan oldu. Açılış nitqində dəstəyə görə Fairmont otelə təşəkkürünü bildirən platformanın təsisçisi Zara Apetrei Hüseynova, daha sonra 1 illik fəaliyyətləri haqqında öz təqdimatında danışdı. Tədbirin əsas hissədində #Qorxmasaydim adlı video çarx təqdim olundu.

Zara Apetrei Hüseynova bu çarxı belə ifadə edir:

"#Qorxmasaydim məhz sizin üçündü, əziz xanımlar. Bu, bizim ehtiyacımız olan kiçik motivasiyadır. Hər birimizdə müxtəlif qorxular olur: tək qalmaq, yalnış yolu seçmək, səhv etmək, dəstək görməmək kimi. Əsas o qorxulara düşmən kimi yox, yol göstərən kompas kimi baxmaqdır. Məhz onlar istədiyimiz həyatla aramızda duran sərhəddir, qorxuları aşmaqla bütün xəyallarımızı gerçəkləşdirə bilərik".

https://youtu.be/roQs3rLLsAg linki vasitəsilə video çarxı sizdə izləyib, #Qorxmasaydim hashtaqı ilə sosial şəbəkələrdə öz fikrinizi paylaşa bilərsiniz.

Bundan əlavə, WOWOMAN "Özünü İfadə Et" online platformanın və "My WOWOMAN book" xüsusi dizaynla hazırlanmış gündəliyinində təqdimatını etdi. Həyatlarını dəyişmiş və arzularını reallaşdırmış xanımların uğur hekayələrini və əzm göstərərək əldə etdiklərini artıq www.wowoman.org saytı vasitəsilə oxuya bilərsiniz. "Bu platforma xəyal etməyə cəsarət edən və xəyallarının ardınca gedən bütün xanımlar üçündür. Təcrübəmizi və biliklərimiz bölüşərək, birlikdə daha çox müvəffəqiyyət əldə edə bilərik, buna ürəkdən inanırıq", - deyə xanım Hüseynova çıxışında qeyd etmişdir. "My WOWOMAN book" isə gündəlik planlarınızı ən gözəl şəkildə əks etdirəcəyiniz bir dəftərdir. Hərdən xəyal edirik, lakin zamanla onları unuduruq. Gündəliyin yaranmasında əsas məqsəd isə məhz bu xəyallarımızı qeyd edib, onların arxasınca getməkdir. Xüsusi incəliklə hazırladığımız hər səhifəsində xanımlar özlərinə aid nəsə tapacaqlar və gələcəkləri üçün mükəmməl planlarını "My WOWOMAN book" vasitəsilə həyata keçirə biləcəklər".

Yekunda il ərzində ən çox dəstək göstərən təlimilər, partnyorlar və media nümayəndələri təltif olundu. Xanım Hüseynova bu tədbirin ərsəyə gəlməsində köməyi olan partnyorlara və media nümayəndələrinə də xüsusi təşəkkürünü bildirdi.

Qeyd edək ki, WOWOMAN qadınların peşəkar və fərdi inkişafı üçün yaradılan platformadır və əsas məqsədi - xanımların özlərini ifadə edəcəkləri, şəxsi və professional bacarıqlarını inkişaf etdirəcəkləri və özlərinə inamı artıracaqları platforma yaratmaqdır.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.