Cəmiyyət

Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb

8 Fevral 2016 15:29
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli fərmanına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazovun rəhbərlik etdiyi və 6 nəfərdən ibarət Apellyasiya Şurasına komitənin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildirlər.

İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurası müvafiq fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.