Cəmiyyət

İlham Mirzəyevdən xəbər var

8 Fevral 2016 15:20
9 Şərh     Baxış: 5 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dələduzluqda təqsirləndirilərək həbs olunan aparıcı İlham Mirzəyevin səhhətində problemlər yaranıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə İ.Mirzəyevin vəkili Telman Abdiyev məlumat verib.

Vəkil bildirib ki, T.Mirzəyevin fəqərəsində ciddi problemlər yaranıb: "İlham Mirzəyevin ağrılardan ayaqları tutulub. Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etdik. Həkim briqadası tərəfindən o müayinə olunub. Həkimlər ona fəqərə yırtığı ilə bağlı diaqnoz təyin edib və ilkin tibbi yardım göstərilib. Hazırda İlham cəzaçəkmə müəssisəsində müayinə olunur. Yaxın günlərdə səhhətində irəliləyiş olmasa, İlham Mirzəyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüləcək".

Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir. Nərimanov Rayon Məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.