Cəmiyyət

Saxta sənədlərlə Azərbaycana daxil olmaq istədilər

8 Fevral 2016 10:58
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda saxta sənəd­lərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslər saxlanılıb.

Milli.Az bildirir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 012 nömrəli "Dubay-Bakı" avia­rey­si ilə ölkəmizə gələn Pakistan vətəndaşları Avan Şokas Hüseyn İrfan Məhəmməd pasportlarında saxta Türkiyə vizası və üzəri­lərində yapışdırılmamış saxta Avstraliya vizası aşkarlanaraq saxlanılıblar.

Həmin gün 334 nömrəli "İstanbul-Bakı" aviareysi ilə ölkəmizə gələn Nigeriya vətəndaşı Metobor Oke pasportunda Azərbaycana məxsus saxta elektron viza olduğu üçün saxlanılıb. Araşdırma aparıldıqdan sonra saxlanılan şəxslər geri qayta­rıl­ıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.