Cəmiyyət

Bakıda dəhşətli qəza - FOTO +21

6 Fevral 2016 22:33
14 Şərh     Baxış: 8 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axşam saatlarında Bakının Xətai rayonunda faciəvi qəza nəticəsində bir nəfər həlak olub.

Milli.Az anspress-ə istinadən bildirir ki, 55 yaşlı şəxs "Şaqman" yük avtomobilini təmir edərkən onun altında qalıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Bədbəxt hadisə nəticəsində ölən sürücü Quba rayon sakini Seyidəhmədov İbrahimdir. Onun "Bakı Ağ Şəhər" ərazisində yerləşən şirkətlərdən birində çalışdığı qeyd olunur.

Hazırda hadisənin baş verdiyi Xətai rayon Nəcəfqulu Rəfiyev küçəsində FHN xilasediciləri tərəfindən cəsədin maşının altından çıxarılması işi aparılır. Həmçinin polis və prokrorluq orqanlarının işçiləri hadisə yerində araşdırma aparır.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.