Cəmiyyət

Moskvada “Arşın mal alan”ın ilk versiyası göstərildi - FOTO

6 Fevral 2016 20:21
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya paytaxtında "Arşın mal alan" filminin 70 illiyi münasibəti ilə təntənəli gecə keçirilib.
 Milli.Az APA-ya istinadən bildirir ki, Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə keçirilən tədbir Rusiya Kinematoqrafçılar İttifaqının Moskvadakı Kino Evində baş tutub. Gecədə Rusiya Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyasının prezidenti Kirill Razloqov Rusiya və Azərbaycan kino ustalarının əməkdaşlığından danışıb. O, dahi Üzeyir Hacıbəylinin ölməz əsəri əsasında çəkilmiş "Arşın mal alan" filminin dünya kinosunda xüsusi yerinin olduğunu söyləyib.
 
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Abuzər Bağırov iştirakçılara Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.
 
Daha sonra "Arşın mal alan" operettasının 1945-ci ildə görkəmli sənətçilər Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Münəvvər Kələntərli və başqalarının iştirakı ilə çəkilmiş kino versiyası tamaşaçılara təqdim olunub.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.