Cəmiyyət

Quran ayələrinə əsasən, başqa planetlərdə yaşayış vardırmı?

4 Fevral 2016 22:20
1 Şərh     Baxış: 17 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi Quran ayələrindən başa düşmək olur ki, başqa kainatlarda həyat vardır. Orada da canlı varlıqlar yaşayırlar. Allah Təala buyurur: "Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə(Qiyamətdə) onları bir yerə toplamağa qadirdir". ("Şura" 29).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədən belə başa düşülür ki, başqa səmalarda və kainatlarda da canlı varlıqlar yaşayırlar.
Allah Təala başqa bir ayədə buyurur: "Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd Yer kürəsi, yaxud yerin yeddi təbəqəsi və yaxud Yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır". ("Təlaq" 12).
Təfsirçilərin nəzərinə görə, bu ayə müxtəlif 7 Yer kürəsi haqqında bəhs etmişdir. Ona görə də alimlər deyir ki, Yer kürəsinə bənzəyən başqa planetlər də mövcuddur ki, Günəşin ətrafına fırlanır. Onlarda da həyat və yaşayış vardır.
Qurani-Kərimin başqa ayəsində oxuyuruq: "Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir". ("İsra" 55).
Bəzi hədislərə əsasən başqa planetlərdə də canlı varlıqlar yaşayırlar. Belə ki, İmam Baqir (ə) buyurur: "Sizin bu Ayın arxasında 40 başqa Ay da vardır ki, hər bir Aydan başqa Aya olan məsafə 40 gün fasilədir. Orada çoxlu varlıqlar vardır ki, bilmirlər Allah Adəmi (ə) yaratmışdır, yoxsa yaratmamışdır".
Bundan başqa, hədislərin bir çoxunda oxuyuruq ki, minlərlə bu cür aləm mövcuddur. Orada tək və ya tək olmayan çox sayda varlıq yaşayır. Ancaq hal-hazırda insanların əli onlara çatmır. Ola bilsin ki, gələcəkdə bu kainatlar kəfş edilsin və yaşamaq üçün yararlı belə olsun. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.