Cəmiyyət

Evlənmək üçün 6 hazırlıq

4 Fevral 2016 23:45
7 Şərh     Baxış: 2 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evlənməyin də başqa böyük işlər kimi, hazırlığa ehtiyacı vardır. Əgər əvvəldən özünüzü bu məsuliyyətli iş üçün hazır etməsəniz evliliyiniz müvəffəq olmayacaqdır. Əgər siz evliliyə hazır olmasanız aranızdakı gərginliklər günbəgün artacaqdır. Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir-birinizin istəklərini başa düşməyəcəksiniz. Bir-birinizdən uzaqlaşacaqsınız.

1. Qəbul etməyi bacarmaq.

Evlilik o deməkdir ki, sizinlə tam fərqli olan insanla bir ömür yaşayacaqsınız. Həmin insanın fərqli ruhiyyəsi və fərqli tərbiyəsi vardır. Əlaqə və meyilləri fərqlidir. Əfsanələri gərək kənara qoyasınız və "biz" olmağa çalışasınız. Siz gərək qarşı tərəfə deyəsiniz ki, iki bədəndə olan bir ruhsunuz. Əgər rabitəniz əvvəldən sağlam olsa və siz rəsmi surətdə onun əlaqə və ehtiyaclıarını qəbul etsəniz, ona dəyər versəniz - o zaman müştərək həyatınız şirin və problemsiz olacaqdır.

2. Uyğunlaşmağı bacarmaq.

Əgər siz qarşı tərəfə uyğunlaşa bilməsəniz o zaman həyatınız kəşməkəşli olacaqdır. İnsanlar adətən çətin zamanlarda iki cür reaksiya verərlər: ya eqoist olub ancaq özlərini düşünərlər, ya da fədakarlıq edib qarşı tərəfi düşünərlər. Əgər ilk növə aidsinizsə, deməli evliliyə hazır deyilsiniz.

3. Ailədən asılılığı tədricən azaltmaq.

İnsan dünyaya gələn zaman ailəsi ilə cismi göbək bağı olduğu kimi, ruhi göbək bağı da olar. Ailəsi ona həm cismi və həm də ruhi dəstək olar. O zaman ki, ailə qurar, adət etdiyi və nəsihətlərindən faydalandığı bu insanlarla həmin göbək bağını zəiflətməli olur. Bu proses təbii getməlidir, tədricən müstəqillik qazanılmalıdır. Əlbəttə ki, müdrik və təcrübəli insanların məsləhətləri çox dəyərlidir, onlara diqqət etmək lazımdır.

4. Həyatdan ləzzət almaq.

Əgər siz subay vaxtı şadlıq və sevinc hissini təcrübə etmirsinizsə, əmin olun ki, evləndikdən sonra da belə olacaqdır. Xoşbəxtlik elə bir şeydir ki, insanın batinində meydana gələr. Zahirdə olan insanlar sizi ancaq o zaman xoşbəxt edə bilər ki, siz əvvəldən özünüzü xoşbəxt hesab edəsiniz. Əgər subay zamanı həyatdan ləzzət alır və çətinliklərinizə sinə gərə bilirsinizsə, əmin olun ki, evləndikdən sonra da həyatdan ləzzət ala biləcəksiniz.

5. Qarşılıqlı anlaşma.

Qarşılıqlı anlaşma müştərək ailə həyatında ən mühüm amillərdəndir. Ancaq siz gərək buna hazır olasınız ki, başqa bir insanı öz şəxsi həyatınıza daxil edə biləsiniz. Ona zaman ayırasınız və onunla sevgi körpüləri yaradasınız. Əgər körpü yerinə divar çəkirsinizsə, deməli evliliyə hələ hazır deyilsiniz.

6. Etimad etmək qüdrəti.

Etimad - evliliyin ən mühüm şərtlərindəndir. Ancaq bəzi insanlar heç kəsə etimad etmirlər. Gələcək həyat yoldaşı da bundan istisna deyildir. Əgər bu cür düşünürsünüzsə, özünüzü gərgin və kəşməkəşli bir evliliyə hazır edin. Etimad olmadan heç bir rabitə uzunmüddətli ola bilməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.