Cəmiyyət

Sahibsiz itlər kəndlilərə hücum çəkdi - FOTO

26 Yanvar 2016 23:36
3 Şərh     Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamın Quzanlı qəsəbəsində sahibsiz itlər 2 nəfəri yaralayıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, yaralanan şəxslər Seyidli kəndindən məcburi köçkün 50 yaşlı Xatirə İbadova və 50-55 yaşlarında Zəriş adlı xanımdır. X.İbadova dünən, Zəriş adlı kənd sakini isə bu gün itlərin hücumuna məruz qalıb.

Xəstəxanaya çatdırılan yaralılara tibbi yardım göstərildikdən sonra quduzluğa qarşı peyvəndlər vurulub.

Sakinlər ərazidəki zibil tullantılarının vaxtlı-vaxtında yığılmamasının qəsəbənin zibil poliqonuna çevrilməsinə səbəb olduğunu və itlərin buradan qidalanaraq sürətlə çoxaldığını iddia edirlər.

Quzanlı Ərazi Nümayəndəliyindən bildirilib ki, qəsəbə inşa olunduqdan sonra "FİN" evlərdə yaşayan məcburi köçkünlər və yerli sakinlər artıq tullantıları boşalan ərazilərə atırlar: "Bu da "zibilxana"ların artmasına səbəb olur. Ən qısa vaxtda qəsəbənin ərazisini özünə məskən seçən sahibsiz itlər toplanacaq, bütün zibilliklər təmizlənəcək".
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.