Cəmiyyət

10 yaşlı uşaq kanalda boğuldu - VİDEO

19 Yanvar 2016 21:06
0 Şərh     Baxış: 1 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda iki azyaşlı qardaş su kanalına düşüb. Onlardan birini xilas etmək mümkün olsa da, digəri ölüb.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, kanalın kənarından çubuq götürmək istəyən uşaq canından olub. Kanala düşən azyaşlı suda boğulub.Bədbəxt hadisə Salyanda Qaraçala qəsəbəsində olub. 10 yaşlı Emil Dadaşov qardaşı ilə qohumlarından qayıdarkən kanalın kənarından ağac götürmək istəyib. Bu zaman ayağı sürüşən uşaq kanala düşüb. Bunu görən böyük qardaşı Ağababa onu xilas etmək üçün suya tullanıb. Amma o, qardaşını xilas edə bilməyib.

Qışqırıq səslərinə kənd sakinləri də gəlib. 14 yaşlı Ağababa sudan çıxarılıb. Amma kiçik qardaş Emili xilas etmək mümkün olmayıb. Balaca Emilin meyitini, sonradan hadisə yerinə gələn Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri sudan tapıb çıxarıblar. Hazırda faktla bağlı araşdırma aparılır.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

10 yaşlı uşaq kanalda boğuldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.