Cəmiyyət

Transformatorda yaralanan oğlandan yeni xəbər - FOTO

30 Dekabr 2015 23:00
20 Şərh     Baxış: 9 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabr ayının 21-də sevgilisi ilə yüksək gərginlikli transformatorda yanaraq ağır bədən xəsarətləri alan 20 yaşlı Fəqan Fərzəliyevin vəziyyəti hələ də ağırdır.

Milli.Az bildirir ki, bu barədə anspress-ə Fəqanın müalicə edildiyi xəstəxanadan məlumat veriblər. Məlumata görə, kürəyindən yaralanan, qolu amputasiya olunan və daxili orqanları ağır zədələnən F.Fərzəliyevin müalicəsi hazırda xəstəxanın travmatologiya şöbəsində davam etdirilir:

"Xəstəxanada hələ də qalmasına səbəb onun yaralarının hələ də ağır olmasıdır. Yemək yeyə və yeriyə bilir. Ancaq xəstəxanadan nə zaman çıxarılacağını deyə bilmərik. Tək bildiyimiz odur ki, bayramı xəstəxanada keçirəcək. Qarşıdakı günlər ərzində də xəstəxanada qalacağı məlumdur. Ancaq yaraları sağalmağa başlayıb. Hazırda həkim nəzarəti altındadır", - deyə Fəqanın müalicə edildiyi xəstəxananın travmatologiya şöbəsindən bildirdilər.

Hadisə oktyabr ayının 21-də Bakının Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində baş verib. 20 yaşlı Fəqan Fərzəliyevlə bir məhəllədə yaşayan və kimliyi məlum olmayan 18 yaşlı qızı elektrik cərəyanı vurub. Onlar yüksək gərginlikli transformatorun yerləşdiyi tikilinin qapısını açaraq içəri daxil olublar.

Xəsarət alan gəncin xəstəxanada gözləyən qohumları

Bu zaman ehtiyatsızlıq səbəbindən 6 min volt gərginlikli elektrik naqilinə toxunan Fəqan Fərzəliyevi və yanındakı qonşu qızı elektrik cərəyanı bir neçə metr kənara atıb. 

Hər iki şəxs ağır xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar. Hadisə nəticəsində adı hələlik məlum olmayan qız ayağından və alın nəyihəsindən yanıq xəsarətləri alıb. Çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyevin isə qolunun biri amputasiya olunub. 

Hadisədən iki gün sonra Fəqanın qohumları bildirmişdilər ki, adı məlum olmayan qız onun sevgilisi olub: "Biz tanımırdıq. Eyni məktəbdə oxuyublar. Tez-tez görüşürlərmiş. Dostlarından eşitdik ki, orta məktəbdən bir-birilərini seviblər. Bizə dedilər ki, qızı başqa xəstəxanaya aparıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.