Cəmiyyət

Avtovağzalda sərnişin sıxlığı yaşanır - VİDEO

30 Dekabr 2015 22:56
3 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabahdan başlayacaq uzunmüddətli istirahət günlərini daha rəngarəng keçirmək istəyənlərin əksəriyyəti bölgələrə üz tuturlar. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu da Bakı Beynəlxalq Avtovağzalında sıxlığın yaranmasına səbəb olub.

5 günlük bayramı fürsət bilənlər paytaxtı tərk etməyə başladı. Hər il olduğu kimi bu il də Bakı Beynəlxalq Avtovağzalında sərnişin sıxlığı yaşandı.

Sərnişin sıxlığı əvvəlki günlərə nisbətən bu gün daha çox olub. Bu sıxlıq nəzərə alınaraq xəttə 250-ə yaxın əlavə avtobus buraxılıb.

Qiymətlərə də xüsusi komissiya tərəfindən nəzarət olunur.

Buna baxmayaraq, qiymətlərin artırılmasından şikayətlənənlər də oldu.

Sərnişinlərin bəziləri isə bilet tapmaqda çətinlik çəkmədiklərini deyiblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Avtovağzalda sərnişin sıxlığı yaşanır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.