Cəmiyyət

Bakıda 24 yaşlı gənc bıçaqlandı

30 Dekabr 2015 07:13
0 Şərh     Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami rayonunda ötən axşam bıçaqlanma hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. Ticarət mərkəzlərinin birinin qarşısında 24 yaşlı Vladislav Levski bıçaqlanıb. Yaralı hadisədən sonra dostu ilə birgə sərnişin avtobusu ilə xəstəxanaya gəlib. Yaralı dərhal müayinə olunaraq əməliyyata götürülüb. Müayinə zamanı yaralıya 4 bıçaq xəsarətinin vurulduğu məlum olub.
 
Sabunçu xəstəxanasının həkim-cərrahı Rasim Abdurəhimovun sözlərinə görə, xəstənin bədənində kəsilmiş-deşilmiş yaralar olub: "Qarının ön divarında, sağ bud, sol bel və sol bazu nahiyəsindəki yaralara birinci cərrahi müdaxilə edildi. Hazırda vəziyyəti keçirilən əməliyyata uyğundur".
 
Hadisə barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat verilib. Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.
 
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.