Cəmiyyət

Gəncədə 29 yaşlı gənc bıçaqlanıb

30 Dekabr 2015 07:03
1 Şərh     Baxış: 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə 29 yaşlı gənc bıçaqlanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər sakini 29 yaşlı Vasif Novruzov döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Yaralı dərhal əməliyyat olunub və sonrakı müalicə üçün palataya yerləşdirilib. Zərərçəkmişin atası Fəzamil Novrzov ilkin olaraq həkimlərə oğlunun bıçaqlandığını inkar etməyə çalışıb. Sonradan isə Vasif Novruzovun naməlum şəxs tərəfindən bıçaqlandığı məlum olub. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.