Cəmiyyət

"Parlaq Zəka"da musiqi alətlərinin tarixi - FOTO

29 Dekabr 2015 15:41
Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Parlaq Zəka" intellekt şousunun üçüncü mövsümünün növbəti oyunu efirə gedib. Trend-in məlumatına görə, tamaşaçılar zəkaların "Musiqi alətlərinin tarixi" mövzusunda olan mübarizələrini izləyiblər. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Toğrul Əhmədov, sarı yolda Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Cəmil Heydərli, yaşıl yolda isə Azərbaycan Dillər Universitetinin tələbəsi Bəhram Nəcəfquluzadə mübarizə aparıblar. Təəssüf ki, bu qarşılaşmanın qalibi müəyyən olunmayıb.

Tamaşaçılar münsif bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcovun mövzu barədə ətraflı məlumatları ilə tanış olublar.

Təhsilini dünyanın ən yaxşı universitetlərində davam etdirmək istəyən şəxslər üçün "Parlaq Zəka" intellekt şousu növbəti bir şansı təqdim edir. Qaliblərə 40000, 30000, 20000 manatlıq təhsil haqqı qazandıran intellekt şousunun III mövsümündə hal-hazırda bakalavr təhsilini davam edən I, II, III kurs tələbələri müraciət edə bilərlər.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az-dır.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.