Cəmiyyət

Fitnə və fəsad ilə mübarizə aparmaq üçün...

29 Dekabr 2015 22:40
9 Şərh     Baxış: 1 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-Kərim bir səma kitabı kimi bizlərə haqqın və həqiqətin yolunu göstərməkdədir. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, biz Quranın yardımı ilə fitnə və fəsadın qarşısını necə ala biləcəyimizi öyrənə bilərik. Ona görə də gərək Qurana müraciət edək və bu səma kitabının aydın və nurlu ayələrindən bəhrələnək. 
 
1. Fəziətli insanın meyarlarını tanımaq. Qurani-Kərimin nəzərinə görə insanın başqa bir insandan üstün olmasında maddiyyatın və etibarın heç bir hökmü yoxdur. Allah yanında ən üstün və fəzilətli insan - təqvalı insandır. Çünki əgər cəmiyyət təqvalı olarsa, o zaman vəhdət təşkil edər və dağınıqlıqdan və fitnədən uzaq olar. "Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur). Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır". ("Hucurat" 13).
 
2. Havayi-nəfsin təhlükəsini bilib, onunla mübarizə aparmaq. Quranın nəzərinə görə bir çox münaqişələrin kökündə havayi-nəfs və şeytani istəklər durur. İnsan əgər qəzəb və şəhvət quyusundan çıxa bilsə, kamala çata bilər. "De: "Sizin Allahın əvəzinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan olunmuşdur". De: "Mən əsla sizin nəfsi istəklərinizə tabe olmaram ki, onda azmış olar və doğru yolu tapanlardan olmaram". ("Ənam"56). "Beləliklə, əgər sən(in dəvətin)ə cavab verməsələr, bil ki, onlar öz (nəfsi) istəklərinə uymuşlar. Allahın hidayəti olmadan, öz (nəfsi) istəklərinə uyandan daha çox azğın kim ola bilər?! Həqiqətən, Allah zalım tayfanı doğru yola yönəltməz". ("Qəsəs" 50).
 
3. Kin və küdurəti aradan aparmaq. Hər kim kin bəsləyərsə, istədiyi şey - düşmənçilik və intiqam olar. Şeytan (lən) yaxşı bilir ki, bu yolla insanların arasına münaqişə salıb onları bir-birindən ayıra bilər. "Onlardan (mühacirlərdən və ənsardan) sonra gələn(mömin)lər deyərlər: "Ey Rəbbimiz, bizi və bizdən öncə iman gətirən qardaşlarımızı bağışla! Bizim qəlblərimizdə iman gətirən kəslərə qarşı bir kin və xəyanət qoyma. Ey Rəbbimiz, həqiqətən, Sən çox şəfqətli və mehribansan"". ("Həşr" 10).
 
4. Günah və fəsadla mübarizə aparmaq. Əmr-be-məruf və nəhy-əz-munkər günahı və fəsadı aradan aparmağın ən yaxşı yollarından biridir ki, cəmiyyətdə ülfət yaradar. "Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu itaətsizdirlər". ("Ali-İmran" 110).
 
5. Möminlər arasında qardaşlıq ülfəti icad etmək. Bir cəmiyyətdə vəhdət yaratmağın və fitnənin kökünü kəsməyin ən yaxşı yolu - qardaşlıq ülfəti icad etməkdir. "Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun, bəlkə rəhm olundunuz". ("Hucurat" 10).
 
Millli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.