Cəmiyyət

Əmanətçilərə şad xəbər - VİDEO

28 Dekabr 2015 21:34
Baxış: 4 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmanətlərlə bağlı uzun müddətdir aparılan müzakirələrin yaxın vaxtlarda nəticə verəcəyi gözlənilir. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı təkliflər artıq hökumətə təqdim edilib. Təkliflər arasında banka qoyulmuş əmanətin məbləğindən asılı olmayaraq tam sığortalanması və maksimal 12 faizlik limitin ləğv olunması kimi məsələlər də var.

Əhalinin bütün əmanətlərinin sığortalanması nəzərdə tutulur. Bu, həm sadə vətəndaşları, həm də hüquqi şəxsləri əhatə edəcək. Azərbaycan Banklar Assosiasiyasından verilən məlumata görə, Mərkəzi Bank tərəfindən bununla bağlı hazırlanan təklif artıq aidiyyatı dövlət qurumlarına göndərilib. Təkliflər təsdiq olunduğu təqdirdə, əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyin dəyişdirilməsi nəzərdə tutulur. Əmanətlərin Sığortalanması Fondunun İcraçi Direktoru Azad Cavadovun sözlərinə görə, söhbət sığorta olnan məbləğin limitsizləşdirilməsindən gedir.

Bir sözlə, məbləğindən asılı olamayaraq, bütün əmanətlər sığortalanacaq. Lakin bu, müvəqqəti olacaq. Dünya təcrübəsinə əsasən, ölkədə böhran başa çatanda, yenidən müəyyən limit tədbiq ediləcək. Amma əmanətlərin tam sığortalanması özü bir sıra risklərə yol açır.

Digər yenilik differensial əsaslı risk sisteminə keçiddir. Yəni hazırda əmanətlər üçün nəzərdə tutulmuş maksimal 12 faizlik limit tamamilə aradan qaldırılacaq. Lakin bütün bunlar hökumətə təqdim olunan təkliflər təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əmanətçilərə şad xəbər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.