Cəmiyyət

Bankların növbəti fırıldağı - Mütləq izləyin! - VİDEO

28 Dekabr 2015 21:27
10 Şərh     Baxış: 5 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayon sakini xalası oğluna zamin durub. Zaminlik müqaviləsi 10 illik olub. Götürülən ilk kreditin qaytarılmasında heç bir problem yaşanmayıb. Sonradan onun zaminliyə imzası olmadığı halda ikinci kredit üçün zamin kimi rəsmiləşdirilib. Kreditin götürüldüyü bankdan bildirilir ki, vətəndaş uzun müddətə zamin durduğundan onunla müqavilə imzalanmasına gərək yoxdur. Qanunvericilik isə bunun əksini deyir.

Feyzullayev Elşən 2010-cu ildə xalası oğlunun 7 min manatlıq kreditinə zamin durub. Həmin kredit tam ödənilənə qədər heç bir problem yaşanmayıb. Bundan sonra xalasıoğlu zaminlik üçün yenə ona müraciət edib.

Yəni, şikayətçi banka getməyib və yeni müqavilə imzalamayıb. Buna rəğmən Bankdan ona məktub gəlib ki, xalasıoğlu pulu ödəyə bilmir,ona görə də zamin kimi məhz o ödəniş etməlidir.

Milli.Az bildirir ki, kreditin götürüldüyü bankdan "Xəzər Xəbər"ə verilən məlumata görə, həmin şəxs 10 il müddətinə zaminlik müqaviləsini imzalayıb. Bankdan əlavə ediblər ki, müqavilədə müəyyən məbləğ göstərilib, yəni krediti götürən şəxs 10 il müddətində həmin məbləğə qədər bir neçə dəfə kredit ala bilər. Zamin 10 illiyə imza atdığına görə onu hər dəfə kredit götürüləndə çağırmağa gərək yoxdur...

Ekspertlər isə bunun qanunvericiliyə uyğun olmadığını bildirirlər. Amma bəzi hallarda vətəndaşın zamin kimi yenidən müqavilə imzalamaması mümkündür. Bu məsələ bir daha göstərir ki, zaminlik müqaviləsini, onun bütün şərtlərini diqqətlə oxumaq lazımdır. Belə vəziyyətlər rastlaşan vətəndaş isə bankı məhkəməyə verməlidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bankların növbəti fırıldağı - Mütləq izləyin!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.