Cəmiyyət

Hacı Nuran şikayət etdi - FOTO

28 Dekabr 2015 19:08
12 Şərh     Baxış: 11 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada müalicə olunan aparıcı hacı Nuran Hüseynovun adına Facebook-da saxta profil açılıb. 

Axşam.az-ın məlumatına görə, aparıcı bu haqda İnstagram-da yazıb:

"Əziz dostlarım, bu mənim rəsmi səhifəm deyil. Kimsə Ukraynanın Kiyev şəhərindən olan bir kəs mənim adımdan səhifə açıb və istifadə edir. Orada olan yazılar mənə məxsus deyil. Ora nə mesaj yazın, nə o səhifəni bəyənin. Şərh yazmayın, səhifəni "qara siyahı"ya salın".

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nurana ilik transplantasiya olunub. Aparıcı açıqlamalarının birində bir neçə əməliyyat keçirməli olduğunu bildirmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.