Cəmiyyət

Peyğəmbərimizin (s) ağac möcüzəsi və müşriklərin inadkarlığı

8 Dekabr 2015 23:45
104 Şərh     Baxış: 8 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğəmbəri (s) yaxından tanımaq hər bir müsəlman üçün zəruri mövzulardandır. İslam maarifini daha dərindən dərk etmək üçün hər bir müsəlman öz Peyğəmbərini (s) yaxşı tanımalıdır. Əgər biz ali məqamlı Peyğəmbərin (s) ruhi yüksəkliyini və şəxsiyyətinin əzəmətini dərk edə bilsək və ona mərifət əldə etsək, bu böyük rəhbərə iqtida etmək bizim üçün daha müvəffəq olardı. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbəri (s) İmam Əlinin (ə) kəlamları və xatirələri ilə daha yaxından tanımağa çalışaq. İmam (ə) buyurur: "Peyğəmbər (s) mən uşaq olan zaman məni öz xüsusi otağında əyləşdirər və bağrına basardı. Bəzən yeməyi tikə-tikə ağzıma qoyardı. Heç bir zaman danışığımda yalan və rəftarımda xata müşahidə etməmişdir. Mən Peyğəmbərlə (s) bir yerdə idim, necə ki, uşaq davamlı olaraq anasının yanında olur. O Həzrət (s) hər gün əxlaqının yeni nişanəsini mənim üçün aşkar edərdi. Mənə əmr edərdi ki, ona iqtida edim. Peyğəmbər (s) hər il Həra dağına gedərdi və məndən savayı oranı heç kəs görməmişdi. O zaman ki, Peyğəmbərə (s) vəhy nazil olur, mən şeytanın fəryadını eşitmişdim. Peyğəmbərə (s) sual vermişdim ki, bu fəryad nədir? Buyurmuşdu: "Şeytanın fəryad səsidir ki, öz pərəstişindən məyus olmuşdur. Əlican! Sən mənim eşitdiklərimi eşidirsən, mənim gördüklərimi görürsən. Baxmayaraq ki, sən peyğəmbər deyilsən, vəzir və canişinsən və yaxşı yolda addım atırsan"".
Əziz Peyğəmbərin (s) sadə həyat tərzi haqqında buyurmuşdur: "Peyğəmbər (s) davamlı olaraq yerdə yemək yeyərdi, qullar kimi əyləşərdi, öz əlləri ilə ayaqqabısını yamayardı, paltarını özü tikərdi. Palansız uzunqulağa əyləşərdi. Bir gün (duyur ki) evində pərdə asılmışdır ki, üzərində naxışları və şəkilləri vardır. Həyat yoldaşlarından birinə buyurur: "Bu pərdəni gözümün önündən götür ki, nə zaman gözüm ona düşsə, dünyanı və zinətlərini yada salıram"".
Həzrət Peyğəmbərin (s) din yolunda çəkdiyi əziyyətlərə işarə edərək, İmam Əli (ə) buyurur: "Bir gün Peyğəmbərin (s) yanında olan zaman Qureyşin rəhbərləri onun xidmətinə gəldilər. Dedilər: "Ey Muhəmməd (s)! Sən böyük iddia edirsən və sənin heç bir atan və nəslin bu cür böyük iddia etməmişdir. Biz səndən möcüzə istəyirik. Əgər öhdəsindən gəlsən, məlum olacaqdır ki, sən həqiqətən Allahın rəsulusan. Əgər bacarmasan, başa düşəcəyik ki, sən sehrbaz və yalançısan (nəuzubillah!)". Həzrət Peyğəmbər (s) buyurur: "Siz nə istəyirsiniz?". Dedilər: "Bu ağaca de ki, köklərindən qırılıb qarşında dayansın". Peyğəmbər (s) buyurur: "Allah hər bir şeyə qadirdir. Əgər Allah bu işi sizin üçün yerinə yetirsə, iman gətirəcəksinizmi? Haqqa şəhadət verəcəksinizmi?". Dedilər: "Bəli". Peyğəmbər (s) ağaca işarə etdi və buyurdu: "Ey ağac, əgər Allaha və Qiyamət gününə imanın varsa və bilirsənsə ki, mən Allahın peyğəmbəriyəm -torpaqdan köklərinlə qırıl və Allahın əmri ilə qarşımda dayan!".
Allaha and olsun ki, ağac kökündən qırıldı və yüksək səslə ki, quşların qanad səsinə və budaqların bir-birinə dəymək səsinə bənzər, belə səslə irəli gəldi. Peyğəmbərin (s) qarşısında dayandı. Bəzi uzun budaqları Peyğəmbərin (s) çiyninə və bəzisi də mənim çiynimdə qərar tutdu. Mən Həzrətin (s) sağ tərəfində dayanmışdım. O zaman ki, müşriklər bu səma möcüzəsini təəccüblə izlədirlər, tərslik və xüsusi inadla dedilər: "Ağaca de ki, yarısı irəli gəlsin və yarısı da yerində qalsın". Peyğəmbərin (s) əmri ilə ağac iki yerə bölündü və yarısı Peyğəmbərə (s) tərəf gəldi. Sanki Həzrətin (s) ətrafına dolanmaq istəyirdi. Ancaq məğrur düşmənlər dedilər: "De ki, ağac əvvəlki halına qayıtsın". Bu zaman mən dedim: "Yeganə Allahdan savayı Allah yoxdur. Ey Allahın Rəsulu! Mən sənə iman gətirən ilk insanam və ilk insanam ki, etiraf edirəm. Ağac Allahın izni ilə sənin nübuvvətini isbat etmək və Allah yanında şəxsiyyətinin əzəmətini göstərmək üçün istədiyini sənin üçün yerinə yetirdi".
Ancaq kafirlərin başçıları yenə dedilər: "Ey yalançı sehrbaz ki, heyrətli sehrlərin vardır və çox işlərində mahirsən. Sənin nübuvvətinə Əli (ə) kimilərdən savayı heç kəs inanmır"".
Allah Təala bizləri belə bir azğın yola düşməkdən saxlasın və bizləri Peyğəmbər (s) və Əhli-Beytinin (ə) yolunda sabitqədəm etsin.
 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.