Cəmiyyət

Dostunun damarını kəsdi

2 Dekabr 2015 07:31
0 Şərh     Baxış: 1 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxın Əşrəf bəy küçəsində qətl hadisəsi baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, yoldaşlar arasında baş verən mübahisə davaya çevrilib və tərəflərdən biri bıçağa əl atıb.

Nəticədə bıçaq 25 yaşlı Yevlax sakini Surət Əkbərovun ayağına dəyib. Kəskin qanaxma ilə xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

"Xəstəxanada müayinə zamanı məlum olub ki, xəstə vəfat edib. Həyat əlaməti yoxdur. Ölümə səbəb sağ dizaltı arteriyanın tam kəsilməsi və qanaxma olub", - deyə həkim Hasil Abdullayev bildirib.

Yaxınları Surət Əkbərovun ölüm xəbərini xəstəxanadan öyrəndiklərini dedilər. Hadisənin hansı səbəbdən baş verdiyi haqqında isə heç bir məlumatları yoxdur. Artıq hadsəni törətməkdə şübhəli bilinən Rza Rzayev polis tərəfindən saxlanılıb.

Baş vermiş faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.